Hindistanda matəm elan olundu: Ölənlərin sayı 288 nəfərə çatıb – FOTO/VİDEO

Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb.

Qeyd olunub ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır.

Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib. Şənbə günü ştatda bütün şənlik və əyləncə tədbirlərinin keçirilməsi qadağandır.

Dəmir Yolları Nazirliyi qəzada ölənlərin yaxın qohumlarına 1 milyon rupi (12 min ABŞ dolları), ağır yaralananlara 200 min rupi (2400 ABŞ dolları), yüngül xəsarət alanlara isə 50 min rupi (604 ABŞ dolları) təzminat ödəyəcəyini açıqlayıb.

Bildirilir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi