Hindistanda kənd sakinləri pələngi “sehrli” bığları üçün döyərək öldürdülər

Hindistanda pələngi öldürməkdə şübhəli bilinən 11 yerli sakin həbs edilib.

Məlum olub ki, hər şeyə səbəb heyvanın “sehrli” bığları olub.

Madhya-Pradeş ştatının Şahdol kəndində yaşayan şəxslərin fikrincə, heyvanı müxtəlif xəstəlikləri sağalda bilən “sehrli” bığlarına, dişlərinə və caynaqlarına görə öldürüblər. Kəndlilər pələngi qabanları əkindən uzaqlaşdırmaq üçün nəzərdə tutulmuş tələyə – elektrikli çəpərə salıblar, sonra isə onu döyərək öldürüblər.

Sakinlər bildiriblər ki, pələng təsadüfən elektrik çəpərə ilişib. Onlar heyvanın yalnız ənənəvi dərman reseptlərində istifadə edilən hissələrini götürdüklərini iddia ediblər. Lakin Meşə Təsərrüfatı İdarəsinin müstəntiqləri bunun qəsdən öldürmə olduğunu düşünür və onları brakonyerlikdə ittiham edirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi