Hindistanda asma körpünün uçması nəticəsində 40 nəfər ölüb + Video

QafqazTimes xəbər verir ki, Hindistanın Qucarat ştatında Morbi asma körpüsünün uçması nəticəsində azı 40 nəfər ölüb, 30 nəfər isə ağır yaralanıb.

Məlumata görə, körpünün çökdüyü zaman üzərində ən azı 500 nəfər olub. Bəzi KİV-ləri həmçinin 100-ə yaxın insanın hələ də itkin düşdüyünü bildirib.

Hazırda Maçu çayında axtarış və xilasetmə işləri davam etdirilir və suda olan çoxlu sayda insan xilas edilib.

Hindistan polis rəsmilərindən olan Aşiş Batia ölənlərin sayının 40 olmasına baxmayaraq, bu hadisədə qurbanların sayının artacağının gözləndiyini açıqlayıb.

Yayılan videoda körpüdə qalan insanların qırılan kabellərdən yapışaraq, yuxarı qalxmağa çalışdıqları görünür.

Qucarat əyalətinin turistik yerlərindən biri olan bu körpünün bir əsrdən artıq yaşı var və bu körpünün vaxtaşırı təmir olunduğu bildirilir. Onun sonuncu təmir əməliyyatı bir neçə gün əvvəl başa çatmışdı və körpü yenicə istifadəyə verilmişdi.

Qeyd edək ki, 230 metr uzunluğu olan bu körpü 19-cu əsrdə İngiltərənin Hindistanı işğalı zamanı tikilib. Körpü altı ay idi ki, bağlı idi və uzun müddətdən sonra keçən həftə istifadəyə verilmişdi.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır