Hind Okeanında İsrail gəmisinə hücum xəbəri təsdiqləndi

ABŞ rəsmisi Hind Okeanında İsrail gəmisinə hücum xəbəri təsdiqləyib.

Əl Aləm telekanalının Assosieted Pressə istinadən verdiyi məlumata əsasən, ABŞ rəsmisi İsrail gəmisinə hücumda can xəsarəti olmayıb. Makoran dəniz sularında üzən sionist rejim gəmisini  İranın  Shahed 136 pilotsuz kamikadze aparatına bənzər bir vasitə ilə vurulduğunu da iddia edərək deyib ki, bu ticarət gəmisi Qəzzədə atəşkəs başlamazdan bir neçə saat əvvəl vurulub.

Qeyd edək ki, Makoran dənizində vurulan CMA CGM adlı bu gəmi Fransanın Maris şəhərində yerləşən böyük logistik şirkətə məxsusdur və gəmi İydan Ufur adlı israilli milyarderin mallarını daşıyırmış.

Xatırladaq ki, keçən həftə də Yəmənin Ənsarullah Hərəkatı İsrailin Qəzzə vandallığına reaksiya olaraq bu tacirin Galaxy Leader ticarət gəmisini saxlamışdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib