HHM sistemi planetlərin hərəkətinə görə işə düşüb? – FOTO

Rusiyanın Vıborq şəhərinin hava məkanında gecə saatlarında Sankt-Peterburq istiqamətində hərəkət edən naməlum obyekt görünüb.

Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, yerli vaxtla saat 22:30 radələrində hava hücumundan müdafiə sistemləri (HHM) 7 000 metr yüksəklikdə 200 km/saat sürətlə hərəkət edən “hava hədəfi” aşkarlayıb. Baş verənlərlə əlaqədar Vıborq üzərində səmada “rejim” siqnalı (Rusiya hava məkanını tərk etmək tələbi) elan edilib.

“Hava hücumundan müdafiə sistemləri nadir astronomik hadisəyə – Venera və Yupiterin yaxınlaşmasına reaksiya verə bilər. “Rejim” siqnalı planetlərin hərəkətinə görə tətbiq oluna bilər”, – deyə nəşrdə əlavə edilib.

Qeyd edək ki, Rusiya hava məkanında uçan naməlum obyektlərin görünməsi hələ təsdiqlənməyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi