Heyvanlar sürü halında insanlara hücum etdilər (Video izlə)

Türkiyədə qeyri-adi hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb. Belə ki, qoyunlar insanlara hücum ediblər.

Hadisə Antalyada baş verib.

Kadrlardan görünür ki, yolu qarşı tərəfə keçən kişi qəfil peyda olan qoçun hücumuna məruz qalır. O, aldığı zərbə nəticəsində yıxılır. Bunu görən ətrafdakı gənclər tez köməyə qaçırlar, kişi ayağa qalxaraq yoluna davam edir.

Lakin bir müddət sonra qoç yanındakı qoyunlarla yenidən hücuma keçir. Bu dəfə kişi yerdən götürdüyü daşları ataraq özünü qorumağa çalışır. Ancaq heyvanlar yolu dəyişərək kənardan baş verənləri izləyən insanlara hücum edirlər.

Videoda gənclərin sürətlə ərazidən qaçdığı görünür.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi