Heydər Əliyev heykəlinin üstünü yazanlar tutuldular  (Video izlə)

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəlinin üzərində yazı yazdığı iddia edilən iki nəfər saxlanılıb. Hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Saxlanılanlar “nifrət və düşmənçiliyə sövq etmək”də ittiham olunurlar.
Dünən tutulan iki şəxslə əlaqədar vəkil Gökhan Soysal deyib: “Dünən bu işi həyata keçirdikləri iddiası ilə iki nəfər saxlanılıb. Onlar “xalqı nifrət və düşmənçiliyə sövq etmək”də ittiham olunurlar. Cinayət işi ilə Terrorla Mübarizə idarəsi məşğul olur. Əvvəllər siyasi işlə bağlı tutulanlar buraxılırdı, indi isə sırf başqa dövlətlər tələb etdiyinə görə saxlanılırlar”.

Qeyd edək ki, mayın 10-da Heydər Əliyevin doğum günündə İstanbulda bir qrup aktivist Sarıyer rayonundakı Heydər Əliyev parkında heykəlin üzərinə yazı yazıblar.

Xatırladaq ki, ötən il azərbaycanlı fəal Bayram Məmmədov mayın əvvəlində İngiltərəyə magistraturaya getmək üçün işlədiyi İstanbulun Kadıköy çimərliyində ölü tapılıb.

2016-cı il mayın 10-da Azərbaycanda Heydər Əliyevin heykəlinin altına “Qul bayramınız mübarək” yazısına görə həbs edilən aktivist Bayram Məmmədovun hərəkətini təkrarlayan fəallar bu görüntüləri paylaşıblar.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur