“Heyət Təhrir əş-Şam” terror qruplaşması orqan alveri ilə məşğul olur

QafqazTimes KİV-lərinə istinadən xəbər verir ki, “Heyət Təhrir əş-Şam” terror qruplaşması (keçmiş “Cəbhət ən-Nusra” – “Əl-Qaidə”nin Suriyadakı qolu) insan orqanlarının alveri ilə məşğuldur.

Suriyanın İdlib əyalətindəki yerli mənbələr Əl-Məyadin telekanalına bildiriblər ki, müalicə olunmaq üçün “Heyət Təhrir əş-Şam”-a aid xəstəxanalara aparılan bir sıra məhbus mülki şəxslər və xarici silahlılar xəstəxana işçiləri tərəfindən narkoz edilərək, böyrəklərinin biri oğurlanıb.

Mənbələr onu da əlavə ediblər ki, digər şəxslərlə də onların azadlığa buraxılması müqabilində böyrəklərindən birinin bu təşkilata verilməsi ilə bağlı danışıqlar aparılır. Məlumata görə, böyrəkləri oğurlanan şəxslərin əksəriyyəti bir neçə il əvvəl İdlibin qərbində gedən müharibələr zamanı həbs edilən əcnəbi məhbuslar və keçmiş İŞİD üzvləridir.

Mənbələr həmçinin “Heyət Təhrir əş-Şam” qüvvələri tərəfindən narkoz edilən iki nəfərin əməliyyat zamanı həyatını itirdiyini və İdlibdəki Əl-Həlfa qəbiristanlığında dəfn edildiyini bildiriblər. Əl-Məyadin bu mənbələrə istinadən əlavə edib ki, “Heyət Təhrir əş-Şam” xəstəxanasının həkimi oğurlanmış insan orqanlarının saxlanıldığı məxfi mərkəzlərdən birinin müəyyən edildiyi barədə məlumat verib. Bu mərkəz İdlibin Əl-Səvra məhəlləsindəki Kənd Təsərrüfatı Mühəndisləri İttifaqının zalında yerləşir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur