Herzoq Türkiyədə- “Şüarlar müharibəsi” mərhələsinin sonu

QafqazTimes xəbər verir ki, İsrail prezidenti İshaq Hersoq bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qonağı olub. Bu, işğalçı rejim rəhbərinin 2008-ci ildən sonra Türkiyəyə ilk səfəridir.

Hersoqun Ərdoğanın rəsmi dəvəti ilə baş tutan Türkiyə səfərindən əvvəl bəzi media mənbələri Türkiyə və İsrailin oğurlanmış Fələstin qazının işğal olunmuş Fələstindən Türkiyə üzərindən keçməklə Avropaya nəqli layihəsini dirçəltməyə hazır olduqlarını yazıb.

Türkiyənin İsrailə dostluq əlini uzatmasında təşəbbüs göstərməsi diqqət çəkir.
Bəzi müşahidəçilər hesab edir ki, Ərdoğanın əvvəlki siyasətlərinə qarşı çevrilişi Türkiyə-İsrail münasibətlərini diriltmək və köhnə günlərə qayıtmaq üçün enerjini ən qısa yol kimi görən kürəkəni Barat əl-Beyrəqin təsiri olub. Ərdoğan bundan öncə Qəzza zolağına kömək şüarları səsləndirir, Müsəlman Qardaşların mənəvi atası kimi özünü təqdim edirdi.

Bu şüarlar bir çox ölkələrdə hərbi müdaxilə də daxil olmaqla, türk millətinin iqtisadi həyat şəraitinə çox dağıdıcı təsir göstərmiş və türk milli valyutasının dəyərdən düşməsinə səbəb olmuşdu. Elə bu səbəbdən də görünür ki, Ərdoğan yeni siyasətlə bu iqtisadi boşluğu doldurmağa çalışır.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq