HƏMAS: Vasitəçilərin təklifinə müsbət cavab verdik

Fələstinin İslam Müqavimət Hərəkatı (HƏMAS) vasitəçilərin son atəşkəs təklifi ilə bağlı sionist rejimin Qəzza zolağındakı vəhşi hücumlarına son qoymaq məqsədilə müsbət cavab verdiyini açıqlayıb.

Qafqaz Times -ın məlumatına görə, HƏMAS bəyan edib: “Vasitəçilərin xalqımıza qarşı Qəzzada həyata keçirilən hücumların dayandırılması üçün irəli sürdüyü son təkliflə bağlı hərəkat daxilində və Fələstin qrupları ilə məsləhətləşmələri başa çatdırmışıq”.

Hərəkat əlavə edib: “Cavabımızı vasitəçilərə təqdim etdik, cavabımız müsbətdir, bu çərçivənin icra mexanizmi ilə bağlı danışıqlara dərhal başlamağa hazırıq”.

Misirin xarici işlər naziri bundan əvvəl bildirmişdi ki, vasitəçilər Qəzza zolağında 60 günlük atəşkəslə bağlı razılıq əldə etməyə çalışırlar.

ABŞ prezidenti Donald Tramp da sionist rejimin 60 günlük atəşkəs planına razılıq verdiyini iddia etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib