Netanyahu ofisinin bəyanatına cavab olaraq, HƏMAS-ın sözçüsü Hazim Qasim vurğuladı ki, Qəzzədə qalan İsrail əsirlərinin azad edilməsi yalnız atəşkəs sazişinin ikinci mərhələsi ilə bağlı danışıqlar və əsir mübadiləsi çərçivəsində həyata keçiriləcək.
O, əlavə etdi: «Sazişə əsasən, ikinci mərhələ danışıqları atəşkəsin 16-cı günündən başlamalıdır və biz bu prosesə sadiqik».
Qasim həmçinin xəbərdarlıq etdi ki, işğalçı rejim birinci mərhələni uzatmaq cəhdləri ilə vəziyyəti sıfır nöqtəsinə qaytarmaq və müharibəni dayandırmaq öhdəliyi olmadan öz əsirlərini azad etmək niyyətindədir.
Qafqaztimes