Fələstin İslam Müqavimət Hərəkatı – HƏMAS, sionist məskunlaşmaçıların İordan çayının qərb sahilində törətdikləri cinayətlərə qarşı mübarizədə xalq dəstək komitələrinin fəallaşdırılmasının zəruriliyini vurğulayıb.
Qafqaz Times -ın məlumatına görə, HƏMAS rəhbərlərindən Mahmud Mərdəvi bildirib ki, sionist məskunçuların bizim xalqımıza qarşı işğalçı ordu tərəfindən birbaşa dəstəklənən və ört-basdır edilən təkrar cinayətləri, bu cinayətkar rejimin əsl simasını göstərir – bu rejim yalnız qətl və dağıntını tanıyır.
Mərdəvi sionist məskunlaşmaçılara qarşı xalq və meydan mübarizəsinin gücləndirilməsinə, bütün müqavimət formalarının dəstəklənməsinə və hücuma məruz qalan bütün kənd və qəsəbələrdə xalq dəstək komitələrinin aktivləşdirilməsinə çağırıb.
HƏMAS rəsmisi İordan çayının qərb sahilindəki bütün Fələstin vətəndaşlarını birliyə, həmrəyliyə, müqavimət və meydan oxuma ruhunun gücləndirilməsinə, bölgələr arasında qarşılıqlı dəstəyin artırılmasına səsləyərək bildirib ki, bu, işğalçıların Qərb Sahilini ilhaq etmək və əhalini zorla köçürmək planlarının qarşısını almaq üçün zəruridir.
Mərdəvi Fələstin Muxtariyyətinin alçaldıcı mövqelərini kəskin şəkildə tənqid edərək deyib: “Muxtariyyətin rəzil sükutu və sionist işğalçılarla təhlükəsizlik sahəsində əməkdaşlığını davam etdirməsi yalnız işğalçıların və məskunlaşmaçıların xeyrinədir.”
O, sionistlərin qarşısını almaq və onların təcavüzlərinə son qoymaq üçün ümumxalq müqavimətinə əsaslanan vahid milli mövqe qəbul edilməsinin zəruriliyini vurğulayıb.