Hayfa atəş altında və İsrail müqaviməti məhv etmək xəyalında

Qurudan hücum təliminin başlanmasından bəri Livanın sərhəd kəndlərinin ardı-arası kəsilmədən altıncı gündür bombardman edilməsinə baxmayaraq, sionist rejim hələ də Livanın sərhədyanı kənd və qəsəbələrinin heç birinə daxil ola bilməyib.

Əl-Əxbarın məlumatına görə, sionist rejim qüvvələri hər dəfə Livan ərazisinə soxulmaq üçün hücuma keçərkən elə ilk addımda Hizbullah döyüşçülərinin müqaviməti ilə üzləşirlər.
Bundan əlavə, müqavimət döyüşçüləri eyni zamanda Livan ərazisinə daxil olmamışdan əvvəl, işğal olunmuş Fələstin ərazisində işğalçı rejimin hərbiçilərini davamlı olaraq atəşə tutur.

Hizbullah ötən gecə (bazar günü) ağır raketlərlə Hayfanın mərkəzini hədəfə alıb. İşğalçı rejimin mediası etiraf edib ki, rejimin hava hücumundan müdafiəsi bu raketlərin heç birini tuta bilməyib və köçkünlərin yüklədiyi videolardan da göründüyü kimi, bu şəhərin binalarına, ticarət mərkəzlərinə və küçələrinə böyük ziyan dəyib.
Şəhərin bütün sakinləri isə sığınacaqda gecələyiblər.
Sionist rejim quru xüsusi təyinatlılarına diqqət yetirməsinə və Livana tank və ağır texnika idxal etməyə cəhd etməsinə baxmayaraq, Hizbullah döyüşçülərinin müqaviməti ilə üzləşib.
Bu çərçivədə quru əməliyyatı zamanı onların 5-dən çox tankı məhv edilib.

Qafqaztimes

Al-alam

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya

1 şərh

Geoveri Noyabr 17, 2024 - 11:02 axşam

Martin Moreno JM, Willett WC, Gorgojo L, et al priligy and cialis together Where the existence of a pension plan is a critical factor in establishing liability under the applicable state law the cause of action relates not merely to pensions benefits, but to the essence of the pension plan itself

Add Comment