Hava limanlarında təhlükəsizliyi robot maşınlar qoruyacaq (Video izlə) 

Sinqapurda hava limanlarında təhlükəsizliyi robot maşınlar həyata keçirəcək.

Qeyd olunur ki, hündürlüyü 1,7 metr olan bu maşınlar beş il sınaqdan keçəndən sonra istismara verilib.

Layihənin müəlliflərinin sözlərinə görə, robotlar polis hadisə yerinə gələnə qədər vəziyyəti bir müddət nəzarətdə saxlamağa kömək edəcək.

Həmçinin qeyd olunur ki, robotlar kameralar, sensorlar, dinamiklər, displey, dönmə siqnalları və sirenlə təchiz olunub. Onlar avtonom patrul xidməti qabiliyyətinə malikdir və polis əməkdaşına mikrofon vasitəsilə vətəndaşlarla birbaşa əlaqə saxlamağa imkan verir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi