Harris: Qəzzə müharibəsi sonlandırılmalıdır

Harris: Qəzzə müharibəsi sonlandırılmalıdır

ABŞ-ın vitse-prezidenti Həmas lideri Yəhya Sinvarın terroru ilə əlaqədar xəbərlərə reaksiyada Qəzzə müharibəsinin mütləq sonlandırılmasını vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Kamala Harris dünən (17 oktyabr) sionist rejimin Yəhya Sinvarı terror etməsi barədə iddialarından sonra deyib: İndi Qəzzə müharibəsini sona çatdırmaq üçün yaxşı fürsətdir.

Kamala Harris Amerikanın Qəzzə soyqırımı üçün İsrailə qeyd-şərtsiz yardımlarına işarə etmədən deyib: Müharibə bitməli, girovlar azad olunmalı, didərginlər öz evlərinə qayıtmalı və bu əzaba son verilməlidir.

Harris həmçinin “İsrailin özünümüdafiə haqqı var” iddiasını təkrarlayaraq əlavə edib: Artıq Həmasın hakimiyyəti olmadan günün başlamasının zamanı gəlib çatıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib