Hanterin Ukraynada gəlir mənbələri

QafqazTimes.com AP-a istinadən xəbər verir: ABŞ prokurorları prezident Baydenin oğlu Hanterin xaricdən, o cümlədən Ukraynadan gəlir mənbələri barədə məlumat toplayır. Son bir neçə həftə ərzində Delaver prokurorları kiçik Baydenin bir neçə il əvvəl Ukraynanın Burisma Holdings qaz şirkətinin rəhbərliyindən aldığı vəsait haqqında məlumat və böyük münsiflər heyətinin ifadəsini tələb ediblər. Prokurorları ilk növbədə vergi qanunları və digər normativ hüquqi aktların mümkün pozuntuları maraqlandırır. Prokurorlar diqqətlərini əvvəlcə Rosemont Seneca Bohai MMC-yə, sonra isə Burisma ödənişlərinə yönəldiblər. Hanter ayda təxminən 50.000 dollar maaşla Burismanın idarə heyətində olub.

ABŞ prezidentinin administrasiyası müstəntiqlərə və prokurorlara, prezident Baydenin oğlunun işi ilə bağlı bu və ya digər şəkildə daim təzyiq göstərir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib