Halevi: Həmas bizi ayaq üstə yatırdı

Halevi: Həmas bizi ayaq üstə yatırdı

İsrailin keçmiş Baş Qərargah rəisi Həmasın 7 oktyabr hücumları qarşısında ordunun uğursuzluğunu etiraf edərək, Həmasın onları ayaq üstə yatırdığını deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Herzi Halevi bu gün (16 mart) Ordu Radiosu tərəfindən yayımlanan səs yazısında deyib: Həması bizi aldatdığı üçün tərifləməkdən başqa çarəm yoxdur. Onlar bizi sakitləşdirmək və hücuma hazırlamaq üçün çaşqınlıqdan və humanitar narahatlıqlardan istifadə etdilər və buna nail oldular.

Halevi həmçinin etiraf  edib: Etdiyimiz bütün hərbi təlimlərdə və apardığımız bütün danışıqlarda heç vaxt o gün bu hadisənin 5%-nin baş verə biləcəyini düşünməmişik.

Related posts

Ağ evin mətbuat katibi: Qəzzə cəhənnəmə dönəcək

İsrail Ordusu: Qəzzəyə hücum genişlənəcək

Netanyahu korrupsiya ifşasından qorxur