Hahamlar da Trampın Qəzzə planı ilə müxalifdir

Hahamlar da Trampın Qəzzə planı ilə müxalifdir

New York Times qəzeti 50 nəfərdən çox yəhudi aktivi və ravvinin ABŞ prezidentinin Qəzzə xalqının evakuasiyası barədə planının irqi təmizləmə xarakterli olması barədə bəyanatını çap edib.

Qafqaztimesin xarici KİV-lərə istinadən məlumatına əsasən, New York Times qəzeti dünən (13 fevral) Şaron Brus, Ravali  Matalon və Elisa Vayz kimi məşhur yəhudilərin də adı olduğu bir bəyanat dərc edərək yazıb: “Bizim adımızla” adlı etiraz aksiyasının rəhbəri Kodi Acerli deyib: Bizim fələstinlilərə sözümüz budur ki, siz tək deyilsiniz. Biz Qəzzədə irqi təmizləmənin qaşısını almaq üçün əlimizdən gələni edəcəyik.

Məlumata görə Masaçust ştatının Nyuton kilsəsinin ravvini Tuba Spitser də Trampın bu planını “xəbis ideya” adlandırıb.

Bəyanatı imzalayan Jewish Current qəzetinin redaktoru Peter Beinart deyib: Cəmiyyətimizdə ən çox legitimlik və hörmətə malik insanların 21-ci əsrin ən böyük cinayətlərindən biri olan planı dəstəkləməyə hazır olduğunu görmək dözülməzdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib