Hadisələrin pərdə arxası: İsrail heç bir maneə ilə rastlaşmadan Suriyanı işğal edir.

Yeni Suriya hərbi imkanları olmayan, yəni sionist işğalçı rejimin istədiyi kimi zəifləmiş bir ölkədir.
İndi də bu ölkədə baş verən hadisələrdən sui-istifadə edərək, Suriyaya qarşı birtərəfli və maneəsiz quru və hava müharibəsinə başlayıb.

Colandakı bufer zonanın və Suriyanın nəzarəti altında olan ərazilərin İsrail tərəfindən tam işğalını göstərən kütləvi təcavüz baş verir.
Əldə edilən məlumatlara görə, sionist rejimin tankları Suriyanın cənubundakı Quneytra şəhərindən keçib və hazırda Dəməşq və ətraf rayonlardan çox da uzaqda deyil və bu ölkənin cənub ətraflarında 9 kəndin sionistlər tərəfindən işğalından danışılır.

Xəbərdə həmçinin Amerika-İsrail helikopterlərinin Dəməşqin ətraflarında yerləşən Əl-Qələmun dağlarında bir neçə yerə eniş etdiyi və sionist əsgərlərin amerikalıların həmkarlığı ilə bu bölgədəki Suriya hərbi bazalarına daxil olduqlarına işarə edilir.

Qafqaztimes

Al-alam

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur