Hacı Sadiqi: Bu fitnələr ötəcək, lakin insanlar saf-çürük olunurlar!

QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunda vəliyyi-fəqihin nümayəndəsi Höccətül-islam vəl-müslimin Abdullah Hacı Sadiqi Əllamə Biladi (r.a) adına 8-ci Elmi Tədqiqat Qurultayında çıxışı zamanı qeyd edib ki, məqsədi unutmaq və etinasızlıq yolu azmaqla nəticələnir.

Höccətül-islam Hacı Sadiqi deyib: “Bütün insanlar və məktəblər bu məsələdə həmfikirdirlər ki, kamillik və xoşbəxtlik ardınca olmalıdırlar, lakin iki məsələdə fərqli düşüncəyə malikdirlər; Birincisi, xoşbəxtlik və kamillik nədir, ikincisi, ona çatmağın yolu nədir?”

Dini rəhbərin İslam İnqilabı Keşikçiləri Korpusunda rəsmi nümayəndəsi Şəhid Mütəhhərinin sözlərinə istinad edərək belə qeyd edib: “İslamın təqdim etdiyi “kamil insan” bütün bəşəri dəyərləri bir birilə harmoniyada inkişaf etdirmiş şəxsdir. Birincisi, insan bir yönümlü olmamalıdır, yəni bütün dəyərlərə və ölçülərə malik olmalıdır, ikincisi tərəqqi prosesində bütün bu yönümlər birgə inkişaf etməlidir.”

Hacı Sadiqi son iğtişaşlarla bağlı danışarkən deyib: “Biz bundan daha pis fitnələr görmüşük, istər vilayəti-fəqih hakimiyyəti qurulan ilk illərdə, istərsə də (hicri qəməri ilə) 60-cı illərdə biz bütün o fitnələrdən keçmişik və təbii ki, bu da ötəcək, amma vacib olan budur ki, bu fitnələrdə insanlar saf-çürük olunurlar.”

O, həmçinin İslam Peyğəmbərinin (s.ə.a.s) “Axır zamanın imtahanı gəlməlidir ki, nifaq sahibləri saf-çürük olunsun” rəvayətinə işarə edərək əlavə edib: “Möminlərimiz bu hadisələrin sayəsində güclənir və möhkəmlənirlər. Amma önəmli olan odur ki, cəmiyyətdən ümidin, canlılığın, dinamikliyin götürülməsinə imkan verməməliyik və ruhanilər bu məsələdə bütün qəlbləri ilə öndə gedənlərdir.”

Hacı Sadiqi həmçinin deyib: “Aydınlatma cihadı digər cihadlardan üstündür, çünki o, mücahid tərbiyə edən və dünyanı hegemonluğa qarşı səfərbər edə bilən bir cihaddır.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri