Haaretz” qəzeti: “Əsəd Türkiyə üzərində diplomatik qələbəni qeyd edə bilər”

QafqazTimes xəbər verir ki, sionist “Haaretz” qəzeti “Əsəd Türkiyə üzərində diplomatik qələbəni qeyd edə bilər” başlıqlı xəbərdə yazıb: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra Qərbi Asiya rəsmiləri arasında 11 ildən sonra Suriya prezidenti Bəşər Əsədlə düşmənçiliyi bir kənara qoyan sonuncu məmurdur.”

Təl-Əvivin bu mediası Türkiyə hökumətinin son 11 ildə Suriyaya qarşı düşmən münasibətinə və silahlı ünsürlərin Bəşər Əsəd hökumətinin devrilməsinə verdiyi dəstəyə işarə edərək yazıb: “Görünür, düşmənçiliyin də son müddəti var. Ötən həftə Ukrayna səfərindən qayıtdıqdan sonra Ərdoğan deyib: Ölkələr arasında diplomatik dialoq əbədi olaraq kəsilə bilməz və biz Bəşər Əsədin məğlubiyyətinə can atmırıq.”

Haaretz Ərdoğanın bu açıqlamalarından bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son açıqlamalarını xatırladaraq, əlavə edib: “Bu türk rəsmisi Suriyalı həmkarı ilə keçən ilin oktyabrda Belqradda keçirilən konfransda görüşü barədə açıqlama verərək ictimaiyyəti təəccübləndirdi.”

Bu sionist mediası Çavuşoğlunun Suriya silahlı müxalifəti ilə bu ölkənin hökuməti arasında barışığa cəhdlə bağlı açıqlamalarını Türkiyənin Suriya ilə düşmənçilik buzunun əriməsinin növbəti əlaməti adlandırıb.

Haaretz Türkiyə mətbuatının Ərdoğanla Əsəd arasında gələcəkdə mümkün görüşlə bağlı xəbərinə toxunaraq yazıb: “Türkiyə və Suriya kəşfiyyat orqanları arasında əməkdaşlıq başlayıb və iki tərəf münasibətləri bərpa etmək üçün gizli danışıqlar aparır.”

Bu Təl-Əviv mediası Türkiyənin PKK ilə mübarizə kimi məsələlərdə Suriya hökumətinə ehtiyacı olduğunu bildirərək yazıb: “Ankaranın Dəməşqlə münasibətlərinin yaxşılaşdırılması Türkiyədən Suriyaya bir milyona yaxın suriyalı qaçqının qayıtması üçün əsas yarada bilər ki, bu da iqtisadi problemlər içərisində Ərdoğan üçün bir qələbə olaraq qəbul edilə bilər.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)