Haaretz: İranda müharibə strateji səhv idi

Sionist Haaretz qəzeti yayımladığı məqalədə İrana hücumu iranlıların birləşməsinə səbəb olduğu üçün strateji səhv adlandırıb.

12 günlük müharibədən sonra indi iranlılar çox qəzəblidirlər. Əgər İsrail hücumunu yalnız nüvə obyektləri ilə məhdudlaşdırsa və yaşayış binalarını hədəf alıb günahsız insanları öldürməsəydi, hazırda qaynama nöqtəsinə çatmış bu qədər qəzəb yaranmazdı.

İranlılara “balistik raketlərinizdən qurtulmaq istəyirik” dediyimiz zaman, bu, “sizi o qədər zəif etmək istəyirik ki, nə vaxt istəsək, sizi bombalaya bilək” deməkdir. Belə bir şey iranlılar üçün qəbuledilməzdir.

İsraildə bəziləri İran rejimini dəyişmək barədə xəyallar qururdular; lakin İran xalqının əksəriyyəti belə düşünmür. Bir xalq bombalananda milli hissi güclənir. İndi hətta rejimə qarşı olan adamlar da sosial şəbəkələrdə yazırlar: “Vətənimiz üçün istənilən işğalçı ilə vuruşacağıq.”

İndi onlar İran ətrafında birləşiblər. İranda müharibə strateji səhv idi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib