Haarets: Netanyahu İsrailin bütün təhlükəsizlik və hərbi rəsmilərini ələ salır

Haarets: Netanyahu İsrailin bütün təhlükəsizlik və hərbi rəsmilərini ələ salır

Sionist rejim mediası baş nazirin bütün təhlükəsizlik və hərbi rəsmilərini ələ saldığını, onlara əhəmiyyət verməyərək öz mənafeyi uğrunda hamını bada verdiyindən yazıb.

İRNA-nın məlumatına əsasən, Haarets qəzeti dünən axşamı (5 yanvar) sayında yazıb: Benyamin Netanyahu ŞABAK rəhbəri Ronin Bar, Mossad rəhbəri David Barniya  və Baş qərargah rəisi Herzi Halevini əməlli başlı ələ salır və onlara məhəl belə qoymur. Çünki onlar girov mübadiləsi üçün minimum 3 önəmli fürsətin yarandığını bilə-bilə Netanyahunun oyunlarına baxmaq məcburiyyətində qalıblar.

Haarets daha sonra yazır: Hal-hazırda Barniya, Bar və Halevi İsrailin bu girovlar üçün ağır bədəllər ödəyəcəyini yaxşı bilirlər. Bu təkcə maddi bədəllər deyil, İsrail siyasi, ictimai, strateji, təhlükəsizlik və etik baxımdan da ağır bədəllər vermək məcburiyyətindədir.

Qeyd edək ki, Qəzzə zolağında İsrailin 100 girovu Həmasın əlində idi. İsrail 36 nəfərin ailəsinə girovlarının öldüyünü elan edib. Deyilənlərə görə 64 girovdan 50-si hələ sağdır.

Related posts

Şəhid Sinvarın qatili ölüm təhdidi ilə yaşayır

Smotriç: Girov cənazələri üçün təzminat verilməyəcək

Həmas liderilərinin Qəzzədən çıxma xəbəri yalandır