Haarets: Netanyahu Həmasla əsir mübadiləsi razılaşmasını pozmağa çalışır

Haarets: Netanyahu Həmasla əsir mübadiləsi razılaşmasını pozmağa çalışır

Haarets qəzeti İsrail baş nazirinin Həmasla bağladığı əsir mübadiləsi razılaşmasını pozmağa çalışdığından xəbər verib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Haarets qəzeti bu gün (10 fevral) yazıb: Benyamin Netanyahu Həmasla bağlanmış əsir mübadiləsi razılaşmasına müxtəlif yollarla maneələr yaradaraq ümumiyyətlə bu sazişi pozmağa cəhd edir.

Məlumata görə, Qətərdə səfərdə olan İsrail nümayəndələri razılaşmanın ikinci mərhələsinin irəliləməsi üçün heç bir səy göstərmir və Netanyahu da bu mərhələni həyata keçirmək istəmədiyini açıqlayıb.

Qəzetin yazdığına görə baş nazir Netanyahu danışıqlara məhdud səlahiyyətlərə malik və qərar qəbul etmək qabiliyyəti olmayan bir heyət göndərib. Netanyahu Qəzzadan israilli məhbusların azad edilməsinin görüntülərinin onun seçkilərdəki mövqeyinə xələl gətirəcəyindən narahatdır. Xüsusilə də Əl Qəssam Briqadaları qüvvələrinin silahlı mövcudluğu və məhbusların köçürülməsi prosesi zamanı fələstinlilərin geniş şəkildə təşkilatlanması onu daha da nigaran edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur