Haarets: Nəsrullahın terroru İsraili xilas etməyəcək

Haarets: Nəsrullahın terroru İsraili xilas etməyəcək

Sionist rejim mediaları İsrailin ən pis şəraitdə olduğunu, Hizbullah baş katibinin terroru ilə belə bu gərgin vəziyyətdən xilas ola bilməyəcəyindən yazırlar.

İRNA-nın məlumatına əsasən, Haarets qəzeti bugünkü (30 sentyabr) sayında yazıb: Başda baş nazir Benyamin Netanyu olmaqla sionist rejim rəsmiləri Seyid Həsən Nəsrullahı terror etməklə də düşdükləri bu bataqlıqdan çıxa bilməyəcək. İsrail indi Nəsrullahı öldürmənin keyfini çıxarır və elə bilir ki, bu terrorla hər şey yaxşı olacaq. Amma bu bir xülyadır.

Haarets həmçinin “Gediun Livi”nin məqaləsində yazır: İsraillilər Nəsrullahın terrorundan sonra çox sevinirlər və şirniyyat paylayırlar. Amma İsrail tarixdə bu qədər xar və zəlil olmadığını anlamırlar.

Related posts

Ən böyük yalançı – Netanyahu

Sionist medialar: Livan hələ hərbi potensialının 10%-ni nümayiş etdirməyib

Həmas bir əməliyyat komandirinin şəhid olduğunu elan etdi