Haarets: İsrail ordusu fələstinli əsirlərdən qoruyucu divar kimi istifadə edir

Haarets: İsrail ordusu fələstinli əsirlərdən qoruyucu divar kimi istifadə edir

Haarets qəzeti İsrail ordusunun Qəzzədə fələstinli əsirlərin qoruyucu divar kimi istifadə olunduğundan xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Haarets bu gün (13 avqust) bu xəbəri verərək yazıb: Aparılan tədqiqatlara görə İsrail ordusu Həmas tunellərini təmizləmək məqsədilə fələstinli əsirləri əvvəl oraya göndərir və partlayıcı maddələr olduğu zaman onlar qoruyucu divar rolunu oynayırlar.

Məlumatda həmçinin deyilir: Fələstinli əsirlərin bu məqsədlə istifadə edilməsindən ordu generalları da xəbərdardır. Ordu rəsmiləri sionistlərin həyatının fələstinlilərdən önəmli olduğunu, ölməkdirsə, qoy onlar birinci ölsün deyirlər.

Qəzetin yazdığına görə əksər vaxtlar qoruyunu divar kimi Qəzzədə əsir götürülmüş uşaqlar və qocalardan istifadə olunur. Gənclər isə başqa məqsədlər üçün saxlanılıb.

Bundan əvvəl də yeni əsirllikdən azad olnmuş Əbdül Fəttar Səəd də Anadolu Xəbər Agentliyi ilə müsahibədə sionist rejim həbsxanalarında  fələstinlilərin bu məqsədlə istifadə olunması barədə məlumat vermişdi.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir