Haaretz: İsrailin İran müqabilində propaqandadan başqa bir siyasəti yoxdur

QafqazTimes xəbər verir ki, bir sionist mediası təhlilində etiraf edib ki, Təl-Əvivin İrana qarşı konkret siyasəti yoxdur və yalnız “boş ritorika” və “propaqanda” ilə məşğuldur.

Haaretz Avropa Birliyinin İranla yeni nüvə sazişinin yekun mətninin zəif olduğunu iddia edərək yazıb: “İsrail bu sənədi diqqətlə təhlil edib, halbuki Ağ Ev, ABŞ Milli Təhlükəsizlik Şurası, ABŞ Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi bu sənədi ya oxumayıb, ya da başa düşməyib.”

Haaretz belə davam edib: “İsrailin narahatlığı real və haqlıdır. Bəs niyə puç olduğunu düşünürlər? Çünki biz İsrailin şikayətlərinin Amerikanın diqqət mərkəzində olduğu dövrü artıq geridə qoymuşuq.”

İsrail qəzeti həmçinin qeyd edib: “İsrail yaxşı anlayır ki, Amerika razılaşma olmadan da yaşaya bilər, ancaq İsrail buna qadir deyil.”

Bu media həmçinin yazıb ki, İsrail özünün daxili təbəqələrində razılığa gəlməməkdənsə razılıq əldə gəlməyə daha çox üstünlük verir, çünki bütün bu nümayişlərə və şüarlara baxmayaraq, İsrailin İrana qarşı bu sazişlə bağlı sonu bitməyən gileylərdən başqa heç bir ciddi siyasəti yoxdur.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))