İraq Həşd Şəəbi Heyətinin sədri General Qasim Süleymani və Əbu Məhdi Əl Mühəndisin şəhadətinin 5-ci ildömünü münasibətilə keçirilən anım mərasimində İran və Livan Hizbullahına dərin minnətdar olduqlarını vurğulayıb.
Təsnim İnformaisya Agentliyinin məlumatına əsasən, Faleh Əl Fəyyaz bu gün (5 yanvar) deyib: Bu əziz komandirlər şəhadət yoluna qədəm qoymadan öncə vətən və müqəddəslərin müdafiəsi uğrunda əllərindən gələni əsirgəmədi və dini ali mərcələrin fitvasına ləbbeyk cavabı verdilər. Çünki o zaman ən önəmli şəri vəzifə düşmən hücumları kölgəsinə düşmüş vətən və müqəddəslərin müdafiəsi idi.
Faleh Fəyyaz sonra deyib: İraq tarixdə qalacaq və şəhid komandirlərin strateji planları sayəsində heç bir təcavüzkar, düşmən və zalım bəşəriyyətin iftixarı olan bu ölkənin taleyini dəyişə bilməyəcək.
Əl Fəyyaz sonda vurğulayıb: Fədakarlıq və azadlıq sözləri bir-birindən ayrılmaz məfhumlardır. İraqın öz azadlığı və hakimiyyəti uğrunda müdafiəsi davam edir. Həmçinin bu ölkə xalqı, böyük şəxsiyyətləri, ümməti və orqanları var-qüvvələri ilə müqəddəs amallarının müdafiəsinə həmişə hazırdır.
1 şərh
Usefl information. Lucky me I dijscovered your site bby accident, aand I’m stunned why this accidcent didn’t
happene earlier! I bookmarked it.