“Hərbi güc” və “Putinin təsiri” Rusiyanın dünya səhnəsində nüfuzunun vacib amillərindəndir

Qafqaztimes xəbər verir ki, Rusiyada aparılan son sorğulara görə Rusiya vətəndaşlarının üçdə ikisi (67℅-i) Rusiyanın dünya səhnəsində təsirinin hərbi gücə əsaslandığını düşünür.

Tass xəbər agentliyinin məlumatına görə, Rusiya Statistika Mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, rusların 67%-i Rusiyanın dünya arenasında təsirinin hərbi gücə əsaslandığını düşünürlər.

Respondentlərin 47% -i Rusiya prezidentinin şəxsi təsirini, 31% -i idman nailiyyətlərini, 30% -i isə Rusiyanın mədəni irsini qlobal arenada təsirli amillər kimi göstərmişlər.

Sorğu iştirakçılarının dörddə biri (25%-i) Rusiyanın dünya arenasındakı nüfuzunun əsas amili kimi digərlərinin bu ölkədən qorxmalarını, 23% hörmət etdiklərini, 31% isə həm qorxuya, həm də hörmətə əsaslandığını qeyd etmişlər.

Respondentlərin 42% -i xaricdə Rusiyaya münasibətin yaxşı, 39%-i isə pis olduğunu hesab edirlər. Sorğu iyulun 31-də 1600 könüllünün iştirakı ilə keçirilib.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır