19 yaşlı Arsen Kusrayev adlı rusiyalı hərbçi Ukraynada edam edildiyinə dair video çəkib. Videoda hərbçi dizləri üstə, guya əlləri bağlı halda pozalar verib. O, Soledar yaxınlığında “tutulduğunu” bildirib. Bütün ailəsi, dostları və sevgilisi ilə vidalaşıb.
Videonun sonunda isə müəllif guya pulemyotu yenidən doldurur və hərbçiyə doğru yönəldib. Bu məqamda video kəsilib.
A. Kusrayev sonra bunun zarafat olduğunu açıqlayıb.
Bu video Rusiya Federasiyasında çox səs-küy yaradıb, buna görə də hərbçi edamı ilə bağlı görüntülərin yalan və öz uydurması olduğunu etiraf etmək məcburiyyətində qalıb. O, sevgilisi ilə zarafat etmək üçün bu addımı atdığını bildirib.
“Əvvəlki videoya görə üzr istəyirəm. Sevgilimlə zarafat etmək üçün çəkilib. Amma təəssüf ki, video nəzarətimizdən çıxdı və yayıldı. Görüntülərin heç biri doğru deyil. Biz zarafat edirdik, belə deyək”, – deyə o qeyd edib.