”#Hər şeyi itirəcəksiniz”

Livan Hizbullahının baş katibinin ABŞ-ın hərc-mərclik yaratmaq məqsədləri barədə təhdidli son çıxışından sonra sosial media istifadəçiləri onu dəstəklədiklərini elan ediblər.

Əl-Aləm telekanalının məlumatına əsasən, livan hizbullahı baş katibinin çıxışından sonra livanlı tərəfdarları ” #Hər şeyi itirəcəksiniz” həştəgi yaradaraq ardından yazıblar: ABŞ, sionist rejim və Livan düşmənləri hər şeylərini itirəcək.

Seyid Həsən Nəsrullah çıxışında deyib: Mənim amerikalılara sözüm budur: Bu işi uzadarsınızsa, hər şeyi itirəcəksiniz. Livanı sahib olduğu stabil vəziyytindən çıxarmaq istəyən ağılagəlməz nəticələrlə üzləşəcək.

S.H.Nəsrullah həmçinin deyib: Biz neftimizi qorumaq üçün silahımızı İsrailə tuşlamağa hazır olduğumuz kimi hərc-mərcliyin də qarşısında dayanacağıq.

Qeyd edək ki, Seyid Həsən Nəsrullahın sosial media tərəfdarlarından biri yazıb: Livanı hərc-mərcliyə sürükləmək istəyirsinizsə, biz də bekar durmayacağıq və müharibə versiyasına keçəcəyik.

Related posts

İran: Məsqət müzakirələri hələ ki, dayandırılıb

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik