Həniyyə Türkiyə MİT başçısı ilə görüşdü

Fələstin İsalmi Müqavimət Hərəkatı (Həmas) sədrinin başçılıq etdiyi heyət Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri ilə görüşüb müzakirələr aparıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsmayıl Hənniyyə bu gün (3 fevral) Həmasın digər rəsmiləri ilə birlikdə İbrahim Kalinlə görüşüblər.

Məlumata görə tərəflər Qəzzə zolağındakı mövcud şərait, müharibənin dayandırılma versiyaları, mühasirənın sındırılması, humanitar yardımların zolağa daxil olması, əhalinin zəruri ehtiyaclarının təmin olunması, sionist rejimlə girov mübadiləsi və bu kimi məsələlər barədə fikir mübadiləsi aparıblar.

Fələstin informasiya qaynaqlarının verdiyi xəbərə görə paytaxtı Həmas və MİT rəhbələri Qüds olmaq şərtilə Fələstin dövlətinin qurulması və regionda stabilliyin təmin olunmasını vurğulayıblar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib