Həniyyə: Nasir Əbu Həmidin şəhid olması insanlığa qarşı cinayətdir

QafqazTimes xəbər verir ki, Şahab ​​internet saytının məlumatına görə, HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bildirib ki, Fələstin qəhrəmanı Nasir Əbu Həmidin uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra İsrail rejiminin həbsxanalarında şəhadətə yetməsi Fələstin millətinə, eləcə də bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir və bu, cavabsız qalmayacaq.

Həniyyə çərşənbə axşamı verdiyi açıqlamada şəhidin anasını və zindanlardakı qəhrəman məhbusları ehtiramla yad edərək, vurğulayıb: Müqavimət bütün qəhrəman məhbusların azad edilməsi və Fələstinin hər qarış torpağının azadlığı üçün bütün yolları sınayacaqdır.

O, bəyanatının sonunda deyib: Əbədiyyət qəhrəmanımız şəhid Nasir Əbu Həmidə, rüsvayçılıq isə işğalçı rejim və onun müttəfiqlərinə məxsusdur. Qeyd edək ki, İsrail zindanlarında əsir olan 51 yaşlı Nasir Əbu Həmid ötən gün sionist rejimin həbsxanalarında həkim səhlənkarlığı nəticəsində həyatını itirmişdir.

Digər tərəfdən Qəzza zolağındakı milli və islami qüvvələr həkim səhlənkarlığı siyasəti nəticəsində Nasir Əbu Həmidin şəhid olmasını pisləyərək, Qəzza zolağında kütləvi matəm elan etmiş və işğalçı rejimin bu cinayətə görə ağır bədəl ödəyəcəyini elan etmişlər.

Bu məsələni Fələstin İslami Cihad hərəkatının liderlərindən biri olan Xalid əl-Bətş fələstinli əsirlər sahəsində fəal olan təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Milli və İslami Qüvvələrin Araşdırma Komitəsinin mətbuat konfransında oxuyub.

Bu bəyanatda həmçinin deyilir: Əbu Həmidin qətlinə görə işğalçı İsrail rejimin tam məsuliyyət daşıdığını və əsirlərimizə qarşı tətbiq edilən tibbi səhlənkarlıq və tədricən qətlə yetirmə siyasətinin cəzasız qalmayacağını vurğulayırıq.

Bəyanatda belə əlavə edilib: Qəzza zolağında ümumi matəm elan edir və bütün insanlardan, qruplaşmalardan və qüvvələrdən bu gün, çərşənbə axşamı, məğrib namazından sonra keçiriləcək yürüşdə iştirak etmələrini xahiş edirik.

Related posts

Haarets: Artıq “Netanyahunun baş nazirliyə layiq deyil” demənin vaxtıdır

Gələcəyə ümidvar olmaq

Tel Əviv Hizbullah qarşısında zəifliyini gizlədə bilmədi