Həniyyə: Müqavimət Fələstinin azadlığı uğrunda mübarizə aparmaq üçün özünü təchiz etməyə davam edəcək

Qafqaztimes xəbər verir ki, Livanda rəsmi səfərdə olan Həmas İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə, hərəkatın Müqavimət və Milli Siyasi Tərəfdaşlıq layihəsi əsasında milli birliyə nail olmaq üçün səylərini davam etdirəcəyini söyləyib.

“Palestine Today” xəbər agentliyinin məlumatına görə, Həniyyə Beyrutdakı elm adamları, siyasi xadimlər və media mənsubları ilə görüşdə müqavimətin azadlıq üçün gələcək döyüşlərə hazırlaşmağa və təchiz edilməyə davam edəcəyini vurğulayıb.

Fələstin müqavimətinin özünü və təchizat və silahlarını inkişaf etdirmək haqqına malik olduğunu vurğulayan Həniyyə bildirib: “Fələstin müqavimətinin özünü və silahlarını növbəti döyüşə hazırlaşmaq üçün inkişaf etdirməsi onun haqqıdır.”

İsrailin Fələstindəki işğalçılıq siyasətini tanımağa qarşı olduğunu vurğulayan Həniyyə deyib: “Hər kəs Fələstin xalqının daxili və xarici müqavimətini və mübarizəsini dəstəkləməlidir.”

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı