Həniyyə: Livanda stabillik istəyirik

Həniyyə: Livanda stabillik istəyirik

Həmas siyasi bürosunun katibi Livanda təhlükəsizlik və stabillik tərəfdarı olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsmail Həniyyə bu gün (17 iyul) Qətərdə Livan rəsmisi Basil Əl Həsənlə görüşündə Həmasın Livanda stabillik tərəfdarı olduğunu vurğulayıb.

İsmail Həniyyə deyib: Qəzzədə atəşkəs barədə razılaşmanın Həmas tərəfdən təxirə düşməsi şayiələri doğru deyil və biz müharibənin sonlandırılması üçün şərtlərə əsasən rəftar edirik.

Həmas lideri həmçinin Qətərin Qəzzə müharibəsində atəşkəs müzakirələrində aktiv və effektiv siyasətinə görə minnətdarlığını elan edərək deyib: Tezliklə atəşkəs barədə razılıq əldə olunacağına ümid edirik və mən müqavimət qüvvələrinin siyasi-meydani vəziyyətinə etimad edirəm.

Related posts

Netanyahu 4-cü dəfə məhkəməyə getdi

Amstredam Fələstinə dəstəklərini davam etdirir

Ərdoğan İstanbulda İraqın Baş naziri ilə terrorizmlə mübarizə məsələsini müzakirə edib