Həniyyə: Fələstin xalqının müqaviməti möhkəmdir

Həmas siyasi bürosunun rəhbəri İran XİN vəzifəsinin icraçısı ilə görüşdə sionist rejimin Fələstin xalqına qarşı soyqırımının davam etdiyinə rəğmən bu xalqın iradəsinin çox möhkəm olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əli Baqiri by gün (20 iyun) İsmail Həniyyə ilə Dohada görüşərək Fələstin və Qəzzə müharibəsi ətrafında mövzuları müzakirə ediblər.

Bu görüşdə Əli Baqiri Fələstinin qeyrətli xalqını mübarək Qurban bayramı münasibətilə təbrik edərək İranın bu xalqa və müqavimətə dəstək olacağını vurğulayıb.

İsmail Həniyyə də öz növbəsində Fələstin xalqı və Fələstin müqavimətinə verdiyi dəstəyə görə İran İslam Respublikasının Ali Rəhbəri, hökuməti, milləti və diplomatik aparatına təşəkkürünü bildirərək deyib: Sionist rejimin Qəzza zolağında Fələstin xalqına qarşı vəhşiliklərinə rəğmən bizim müqavimətimiz hələ də təcavüzkar sionist rejimə qarşı güclüdür.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya