Həmasın yüksək rütbəli heyəti İrana gəlir

Həmasın yüksək rütbəli heyəti İrana gəlir

İsmayil Həniyyə Həmasın yüksək rütbəli heyəti ilə birlikdə İran seçilmiş prezidentinin andiçmə mərasimi üçün İrana gəlir.

İRNA-nın məlumatına əsasən, Həmas siyasi bürosunun yüksək rütbəli rəsmiləri baş katib İsmail Həniyyə ilə birlikdə Məsud Pezeşkianın prezidentlik üçün andiçmə mərasiminə qatılmaq ünün İrana gəlirlər.

İran İslami Şura Məclisinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Əlaiddin Brucerdi bu gün (29 iyul) deyib: Dünyanın 80 ölkəsinin 11 parlament sədri, 4 sədr müavini, 4 baş nazir və 2 prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək.

İranın seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah (30 iyul) yerli vaxtla saat 16:00-da Parlamentdə olacaq.

Pezeşkian may ayında helikopter qəzasında həlak olan prezident İbrahim Rəisini əvəz etmək üçün keçirilən seçkilərin ikinci turunda ultra-mühafizəkar Səid Cəliliyə qalib gəlib.

69 yaşlı islahatçı 16 milyondan çox, təxminən 54 faiz, Cəlili isə verilən 30 milyon səsdən 13 milyondan çox, təxminən 44 faiz səs toplayaraq İranın seçilmiş prezidenti olub.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya