Həmasın Trampın son təhdidlərinə cavabı

Həmasın Trampın son təhdidlərinə cavabı

Həmas sözçüsü Trampın təhdidlərinin atəşkəs razılaşmasını pozduğunu və İsrail rejimini öhdəliklərini yerinə yetirməməyə təşviq etdiyini bildirib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Həmas Hərəkatının rəsmisi bu gün (6 mart) verdiyi açıqlamada Qəzzada qalan məhbusların azad edilməsinin ən yaxşı yolunun İsrailin danışıqların ikinci mərhələsinə girməsi və imzalanmış müqaviləyə əməl olunmasını təmin etməsi olduğunu bildirib.

Bəyanatda o, ABŞ prezidenti Donald Trampın Fələstin xalqını dəfələrlə təhdid etməsinin İsrailin baş naziri Binyamin Netanyahunun razılaşmadan yayınmasını, blokada və aclıq siyasətini daha da sərtləşdirməsini dəstəklədiyini bildirib.

Tramp Həmasla bağlı “Bütün girovları sonra deyil, indi azad edin. Əks halda, bu sizin üçün bitdi. Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm. Əgər siz mənim dediklərimi etməsəniz, HƏMAS-ın bir nəfər üzvü də təhlükəsiz olmayacaq” deyə xəbərdarlıq edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur