Telegraf jurnalı Fələstin müqavimətinin Qəzzədə mürəkkəb xəbərdarlıq sistemləri və modern taktikalarının Qərb və İsrail ekspertlərinin heyrətinə səbəb olduğundan yazıb.
İRNA-nın məlumatına əsasən, Telegraf bugünkü (5 avqust) yazıb: Qəzzə müharibəsindən 10 ay keçir və Fələstin müqavimətinin hərbi hazırlıqları hamını heyrətə gətirib.
Telegrafın yazdığına görə, Həmas bu 10 ay ərzində bu vaxta kimi heç kəsin bilmədiyi müxtəlif müdafiə taktikalarından istifadə edir. Belə ki, sionist hərbçilər Qəzzəyə daxil olarkən azacıq müqavimətlə şəhərə daxil olduqdan sonra sürətlə irəliləməyə başladı və Həmasın bir sıra mərkəzlərini boş görüb oranın təhlükəsiz olduğunu sandıqdan sonra fələstinlilərin şiddətli hücumları ilə üzləşdilər.