Həmasın nümayəndə heyəti Qahirəyə getdi

Həmasın nümayəndə heyəti Qahirəyə getdi

Həmasın yüksək rütbəli üzvlərindən ibarət nümayəndə heyəti Fələstin müqavimət qruplarının Fəth Hərəkatı ilə daxili problemlərinin həlli məqsədi ilə təşkil olunmuş iclasda iştirak üçün Qahirəyə yollanıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (7 oktyabr) Həmas siyasi bürosunun rəhbəri Xəlil Əl Həyyənin başçılıq etdiyi heyət Hisam Bədranın müşayiəti ilə Misirin paytaxtı Qahirəyə daxil olub.

Məlumata görə bu iclas Fələstin daxilində müqavimət qrupları və Fəth Hərəkatı ilə problemlərin çözülməsi, vahid bir fikirlə yanaşı cüzi ixtilafların həlli məqsədi ilə təşkil olunub.

Qeyd edək ki, son zamanlar sionist rejim Qəzzədə humanitar yardımların paylanması üçün Fələstin müqavimət qrupları ilə əməkdaşlıqları olduğunu iddia edib və bu məsələ bəzi problemlərə səbəb olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur