Həmasın məhbus lideri sionist rejim həbsxanasında şəhid oldu

  Həmasın məhbus lideri sionist rejim həbsxanasında şəhid oldu

Fələstin İnformasiya qaynaqları Həmas liderlərindən birinin ciddi fiziki çatışmazlıq səbəbinə sionist rejim həbsxanasında şəhid olduğundan xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Fələstinli Əsirlər Komitəsi bu gün (26 iyul) Mustafa Məhəmməd Əbu Urrənin şəhid olması barədə xəbərlər yayımlayıb.

Həbsdə olan Əbu Urrə ciddi sağlamlıq problemi üzündən Rimun həbsxanasından Suruka xəstəxanasına köçürülsə də, həyatını itirib.

Fələstinli Əsirlər Komitəsi həmçinin yaydığı bəyanatda 63 yaşlı bu şəhidin 1999-cu ildən bəri dəfələrlə zindan həyatı yaşadığını da vurğulayıb.

Əbu Urrə “Mərəcuz Zəhur”ə sürgün edilib və son dəfə işğalçı rejim sağlamlığında problemlər yaşamasına rəğmən onu əsir götürüb.

Əbu Urrənin şəhadəti ilə 7 oktyabr 2023-cü ildən bəri sionist rejim həbsxanalarında şəhid olan fələstinlilərin sayı 55 nəfərə çatıb.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir