Həmas: Yalnız müharibəni bitirməklə nəticələnən razılaşma barədə müzakirə olacaq

Həmas: Yalnız müharibəni bitirməklə nəticələnən razılaşma barədə müzakirə olacaq

Həmas qaynaqları Qahirə görüşündə yalnız müharibəni bitirməklə nəticələnən razılaşma mehvəri əsasında olacağını deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmasın Qahirədə Misir rəsmilərinin vasitəçiliyi ilə keçirilən danışıqlarda yalnız İsrailin məqsədlərinə xidmət edən qismən razılaşmanı qəbul edilməyəcəyi deyilir.

Həmas bu gün (26 aprel) bəyanat yayaraq elan edib:  Rəhbərlik Şurasının rəhbəri Məhəmməd Dərviş və şuranın digər üzvləri, o cümlədən Xalid Məşəl, Xəlil Əl-Həyyə, Zahir Cabbarin və Nizar Avadallahın başçılıq etdiyi hərəkatın rəhbər heyəti Misirin paytaxtı Qahirəyə səfər edib.

Nümayəndə heyəti İsrailin Qəzza zolağından tamamilə çıxarılması və zolağın yenidən qurulmasını ehtiva edən hərtərəfli razılaşma əsasında Həmasın atəşkəs, müharibənin dayandırılması və əsir mübadiləsinə dair baxışını müzakirə etmək üçün Misir rəsmiləri ilə görüşlərə başlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur