Həmas Vaşinqtonun atəşkəs planı qarşılığında öz təklifini irəli sürür

Wall Street Journal qəzeti ABŞ-ın Qəzzədə müvəqqəti atəşkəs barədə təklifini qəbul etməyən Həmas regiondakı bu konfliktin tamamilə bitməsi zəminində təklif paketini verəcəyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, ötən günlərdə Qahirədə keçirilən iclasda beynəlxalq vasitəçiləri 40 sionist girov qarşılığında  900 fələstinlinin azad edilməsi təklifini irəli sürüb.

CNN ötən gün (10 aprel) İsrail rəsmilərinə istinadən yazıb ki, Həmas Qətər və Misir vasitəçilərinə 40 israilli girov barədə hələ bir qərar verə bilməyib.

İSNA-nın məlumatına əsasən, 2 gün əvvəl Ağ Ev milli təhlükəsizlik  müşaviri Cek Sullivan Qahirədə keçirilən müzakirələrdə verilən təkliflərin cavablandırılmadığını deyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib