Qafqaztimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalə şənbə günü Xalid Məşəlin başçılıq etdiyi Həmas hərəkatının nümayəndə heyəti ilə görüşüb.
“Ən-Nəşrə” xəbər agentliyinin məlumatına görə Ən-Nəxalə, xüsusilə İordan çayının qərb sahilində müqavimətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Məşəl və ən-Nəxalə görüş zamanı bildiriblər ki, müqavimət variantına sadiq qalmaq sionist rejimlə mübarizə, Fələstin torpaqlarını azad etmək və Fələstin xalqının hüquqlarını bərpa etmək üçün yeganə yoldur.
Tərəflər həmçinin Əl-Burc Əl-Şimali düşərgəsində baş verən qətliamı şiddətli şəkildə pisləyərək düşərgələrin təhlükəsizliyi və sabitliyinin qorunub saxlanmasının vacibliyini vurğulamış və aidiyyəti qurumları bu cinayətin səbəbkarlarını həbs edərək sərt şəkildə cəzalandırmağa çağırmışlar.
Məşəl və ən-Nəxalə həmçinin ikitərəfli əlaqələrin gücləndirilməsi, Fələstin daxilində və xaricində əməkdaşlıq və koordinasiya səviyyəsinin artırılmasının vacibliyini vurğulayaraq, İslam ümmətinin və dünyanın azad insanlarının müqavimət oxu ətrafında toplanmasının lazım olduğunu bildirmişlər.