Həmas üzvləri Səudiyyə Ərəbistanına getdi

Həmas İslami Cihad Hərəkatının başçılarından ibarət bir qrup ümrə ziyarəti məqsədi ilə Səudiyyə Ərəbistanına səfər ediblər.

Əl Aləm telekanalının məlumatına əsasən, uzun illərdir Ali Səudla gərgin münasibətdə olan Həmas rəhbərlərinin ümrə ziyarətinə getməsi əlaqələrə yenidən start verilməsi üçün yaxşı zəmin yaradıb.

Bəzi info-qaynaqlar bu səfərdə Həmas siyasi bürosunun başçısı İsmayıl Həniyyə, Fələstindən xaric hərəkatın rəhbəri Xalid Məşəl, siyasi büronun üzvləri Musa Əbu Mərzuq, Xəlil Əl Hiyyə və başqaları da iştirak edir.

Səudiyyə Ərəbistanı qaynaqları Həmas başçılarının mübarək Ramazan ayının sonuna qədər Ərəbistanda qalmaq iznləri olduğunu elan edərək deyiblər ki, onlar hələ rəsmi görüş üçün heç bir cavab almayıblar.

Qeyd edək ki,  4 il əvvəl qırılmış əlaqələrdən  və  İran-Ərəbistan münasibətlərinin normallaşmasından sonra Fələstin rəsmilərinin Səudiyyəyə ilk səfərləridir.

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur