Həmas: Tramp İsrailə təzyiq göstərməlidir

Həmas: Tramp İsrailə təzyiq göstərməlidir

Həmasın yüksək rütbəli rəsmisi ABŞ-ın seçilmiş prezidentindən İsrail rejiminə Qəzzə cinayətlərini dayandırması üçün lazımi təzyiqlər göstərməsinin zəruri olduğunu vurğulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Tahir Əl Nunu bu gün (10 yanvar) CNN telekanalı ilə müsahibəsində deyib: Biz Donald Trampdan işğalçı rejimə Qəzzə müharibəsini sonlandırmaq və atəşkəs, israil ordusunun tamamilə Qəzzəni tərk etməsi üçün razılaşmaya daxil olması zəminində təzyiqlər göstərməsini istəyirik.

Tahir Əl Nunu həmçinin əlavə edib: İkili siyasətlər məsələni daha da çətinləşdirir, real çıxış yollarının qarşısını alır, Amerikanın mənafeyinə zərbələr vurur və regionda stabilliyin yaranmasına mane olur.

Qeyd edək ki, ötən həftə Donald Tramp Həması təhdid edərək yanvarın 20-də innaqurasiya mərasiminə qədər Qəzzədə olan israilli girovları qaytarmadığı təqdirdə Yaxın Şərqi cəhənnəmə çevirəcəyini demişdi.

Related posts

Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək

İsrail: Biz hələ uzun illər Livanda qalacağıq

Həmas: Sionist rejimin təcavüzkarlıqlarına son qoyulsun!