Həmas: Təcavüzkarlığa son qoymadan İsraillə müzakirə olunmayacaq

Həmas rəsmisi sionist rejim medialarının bir neçə həftəlik atəşkəs müzakirələr barədə iddialarını təkzib edərək deyib ki, təcavüzkarlığa son qoyulmadan Tel Əvivlə razılaşma barədə düşünməyə belə dəyməz.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Usamə Həmdan bir neçə həftəlik atəşkəs və 36 sionist girovun buraxılmasına münasibətini elan edərək deyib: Bütün vasitəçi ölkələrə bizim əsas prioritetimizin Qəzzədə tam mənasında  təcavüzkarlığa tamamilə son qoyulması olduğunu demişik. Ona görə də bu şərtimiz yerinə yetirilmədən heç bir razılaşmadan söz gedə bilməz.

Usamə Həmdan vurğulayıb: İsrail tərəfi ölən girovların sayına görə təzyiq məngənəsindədir və hərbi məğlubiyyətinin ardınca saxta dövlətini qorumağa cəhd göstərir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur