Həmas: Sudan işğalçı rejimlə münasibətə başlamasın

Fələstin islami müqavimət hərəkatı Sudanın İsraillə əlaqələrinin adiləşməsinə qınayaraq bu ölkədən işğalçı rejimlə bağlı yeni qərarlar qəbul etməməyə dəvət edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (3 fevral) Həmas Sudan XİN-nin İsraillə yenidən əməkdaşlığa başlamasına münasibət bilirərək bəyanat yayıb.

Bəyanatda deyilir: Çox təəssüf ki, biz bu səhv addımı Sudan xalqı və tarixi mövqeyinə ziddir.

Məlumatda həmçinin deyilir: Sudan Fələstin mübarizəsinə dəstək verən dövlət olduğu üçün bu gün atılan addım utandırıcıdır.
“Biz Sudan xalqının mövqeyini əks etdirməyən bu qərarı qınayırıq və nifrətlə etiraz edirik. İşğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq razılaşması Fələstin xalqına xəyanətdir.

Bəyanatın sonunda deyilir: Biz qətiyyətlə faşist rejimlə əlaqələrin normallaşmasına etiraz edir, Sudandan bu səhv yoldan geri dönməsini istəyirik. Çünki bu yol sadəcə işğalçı rejimin xeyrinə olacaq və nəticədə islam vəhdətinə zərbə dəyəcək. Bundan əlavə, bu qərar Sudan xalqının mənafeyi və etiqadlarına zidd bir qərardır.

Xatırladaq ki, son günlərdə İsrail diplomatları Sudanın paytaxtı Xartuma səfər edib və nümayəndə heyətinə İsrailin xarici işlər naziri Eli Koen başçılıq edib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir