Həmas son mövqeyinə görə Misirə təşəkkür etdi

Həmas son mövqeyinə görə Misirə təşəkkür etdi

Həmasın xarici ölkədəki nümayəndəsi Əl Əqsa Tufanı əməliyyatında fələstinlilərə dəstək olan bütün ölkələrə təşəkkür konteksində Misirin fələstinlilərin məcburi köçürülməsi barədə son mövqeyini təqdirəlayiq adlandırıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Xalid Məşəl bu gün Qahirədə (29 yanvar) Misirə sürgün edilmiş fələstinli əsirləri təbrik edərək onların fədakarlıqlarının misilsiz olduğunu deyib.

Xalid Məşəl deyib: Bütün fələstinlilərin boynunda Qəzzə şəhidlərinin qan haqqı var. Onların qanı torpaqlarımızı işğalın zülmətindən azad etmək üçün nur saçır və azadlıq yolunu işıqlandırır.

Xalid Məşəl azad edilmiş fələstinli əsirlərə xitabən deyib: Siz azadlıq nəsimini hiss edib, onun əzəmətini bütün varlığınızla duydunuz. Bu möhtəşəm nemət müqavimət komandirləri İsmail Həniyyə, Yəhya Sinvar və Saleh Əl Aruri olmadan mümkün olmazdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur