Həmas: Sionist rejimin təcavüzkarlıqlarına son qoyulsun!

Həmas: Sionist rejimin təcavüzkarlıqlarına son qoyulsun!

Həmasın yüksək rütbəli rəsmisi sionist rejimin Qəzzə zolağından tamamilə çıxmasını, işğal olunmuş torpaqlardan hərbi qüvvələrinin çəkilməsini və təcavüzkarlıqlara son qoyulmasını vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Üsamə Həmdan dünən axşam (7 yanvar) deyib: Biz Qəzzə zolağına humanitar yardımların qeyd-şərtsiz,heç bir məhdudiyyət olmadan  və intensiv çatdırılmasını tələb edirik. Həmçinin sionist rejim həbsxanalarında minlərlə işkəncələrə məruz qalan fələstinlilərlə girov mübadiləsi razılaşmasını istəyirik.

Üsamə Həmdan əlavə edib: Biz sionist həbsxanalarında minlərlə fələstinli barədə danışırıq. Elə bu səbəbdən də müzakirə heyətindən bu məsələnin tezliklə həll olunmasını, girov mübadiləsi razılaşmasının imzalanmasını istəyirik.

Həmas rəsmisi həmçinin söhbətinin sonunda Qəzzədə tam atəşkəs, sionist ordusunun işğal olunmuş torpaqlardan tamamilə geri çəkilməsini də vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur